Mərkəzi Bank Beyləqanda növbəti səyyar görüş keçirəcək

Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) tərəfindən ölkə ərazisində vətəndaşlarla səyyar görüşlərin keçirilməsi mühüm yer tutur.

SİA-nın məlumatına görə, AMB-dan bildirilib ki, növbəti səyyar görüş 8 oktyabr tarixində Beyləqan şəhərində keçiriləcək.

Qeyd edilən tarixdə görüş Beyləqan, İmişli, Saatlı, Sabirabad inzibati rayonlarında yaşayan vətəndaşları əhatə edəcək. Görüş zamanı Mərkəzi Bankın nümayəndələri tərəfindən vətəndaşların maliyyə xidmətləri ilə bağlı müraciətlərinin araşdırılması və cavablandırılması üzrə zəruri dəstək göstəriləcək.

Qeyd edək ki, görüşə dair müraciətləri Mərkəzi Bankın 966 - Qaynar xətti və +994 55 966 19 66 “Whatsapp” nömrəsi vasitəsilə ünvanlamaq mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə