Hər müraciətin arxasında bir insan dayanır

Masallıda rayon rəhbərinin 2 oktyabr 2025-ci il tarixli vətəndaş qəbulu

2 oktyabr 2025-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların növbəti qəbulunu keçirmişdir.

Qəbulda Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, hüquq mühafizə orqanları rəhbərləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, icra hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak etmişlər. Vətəndaşların bütün müraciət və təklifləri diqqətlə dinlənilərək qeydiyyata alınmışdır. Sonda Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov vətəndaş qəbulunu yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlarını vermişdir.

ƏLİHÜSEYN ŞÜKÜROV

Bütün xəbərlər Facebook səhifəmizdə