Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) oktyabrın 10-u saat 15:00-da Zərdab rayonunda ictimaiyyət nümayəndələrinin iştirakı ilə pensiya və sosial müavinətlərə dair ictimai dinləmə keçirəcək. Fondun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, ictimai dinləmədə iştirak etmək istəyənlər DSMF-nin Zərdabda yerləşən qəbul şöbəsinə, eləcə də fondun sosial şəbəkə hesabları vasitəsilə müraciət edib, qeydiyyatdan keçə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə