Vətən müharibəsinin 5-ci ildönümünə həsr edilmiş “Zəfər sənəti” layihəsi start verilir

Dövlət Sosial Müdafiə Fondu Vətən müharibəsinin 5-ci ildönümünə həsr edilmiş “Zəfər sənəti” layihəsinə start verir. Bu barədə SİA-ya fondun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, layihə çərçivəsində şəhid övladlarının əl işləri fondun veb-saytında və sosial şəbəkə hesablarında nümayiş etdiriləcək.

Layihəyə qoşulmaq istəyən uşaqlar əl işlərini, fotoşəkilləri, ad, soyad və ata adlarını, eləcə də şəhidin ad, soyad və ata adını qeyd etməklə, cari il noyabrın 1-dək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə