Masallı rayonunda təlimlər təşkil edilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Gənclərin Tənhalara dayaq" İctimai Birliyi “Tənha şəxslərlə iş” layihəsi üzrə 24-25 sentyabr 2025-ci ildə Masallı rayonunda təlimlər təşkil edib.

Layhənin məqsədi, gənclərin gələcək iş karyerası üçün, onların bilik, bacarıq və vərdişlərinin formalaşmasına dəstək olmaqdır. Eyni zamanda, onların sənətə yiyələnmələrinə və halal zəhmətlə davamlı pul qazanmaq imkanları əldə etmələrinə, yetişməkdə olan gənc nəslin yüksək keyfiyyətli peşə hazırlığını təmin etmək, müvafiq müəssisə və təşkilatların tələbatlarının ödənilməsi, kadrların hazırlanıb iş ilə təmin olunması məqsədini daşiyir.

Tədbirdə, Lənkəran-Astara Regional Məşğulluq filialı, xidmət şöbəsinin əməkdaşı İskəndərzadə Fərid, "Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İB sədri Rəhimov Nahid, Masallı rayon Karyera Mərkəzinin mütəxəssisi Qasımov Nazim, Masallı Dövlət Regional Kollecin müəllim Həsən İsmayılov iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə