Xocalı rayonunda Anım Gününün 5-ci ildönümü münasibətilə ağacəkmə aksiyası təşkil olunub. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya bildirilib ki, şəhidlərin əziz xatirəsini əbədiləşdirmək məqsədilə keçirilən aksiya Xocalı rayonunun Ballıca kəndində baş tutub.
Aksiyada Azərbaycan Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin əməkdaşları, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin nümayəndələri, şəhid ailələri, müharibə veteranları və yerli ictimaiyyətin üzvləri iştirak ediblər.
Aksiya çərçivəsində ümumilikdə 200-dən çox çinar, sam, zeytun və badam ağacları əkilib.
Bütün xəbərlər Facebook səhifəmizdə