İğdır Azərbaycan Evinin nümayəndələri Xankəndi və Xocalıda yenidənqurma işləri ilə tanış olublar
Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə İğdır Azərbaycan Evinin üzvləri Xankəndi şəhərinə və Xocalı rayonuna səfər ediblər. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-nın bölgə müxbirinə bildirilib ki, Prezidentin Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov qonaqlara şəhərdə həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri barədə ətraflı məlumat verib.
Səfər çərçivəsində nümayəndə heyəti Xocalı şəhərində olub, burada da həyata keçirilən yenidənqurma və bərpa prosesləri ilə yaxından maraqlanıblar. Qonaqlar Qarabağ Universitetinə də baş çəkərək, tələbələr üçün yaradılmış müasir şəraitlə tanış olublar.
Qeyd edək ki, səfərdə Türkiyənin Şərqi Anadolu bölgəsində fəaliyyət göstərən bir neçə universitetin rektoru, İğdır Azərbaycan Evinin rəhbəri Ziya Zakir Açarın iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 169
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 170