Bağlar ETSİ-nə daxil olan bəzi ərazilərdə təmir-bərpa işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq. SİA “Azərişıq" ASC-yə istinadən xəbər verir ki, Bağlar Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 26 sentyabr tarixində 110/35/6 kV-luq 136 saylı yarımstansiyada 6 kV-luq bölmələrdə təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 09:00-dan 13:00-dək Fatmayı və Goradil bağlarında, eləcə də kəndlərin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə