Milli Azərbaycan Tarix Muzeyində “27 Sentyabr Anım Günü” tədbiri keçirilir – YENİLƏNİR/FOTOLAR

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı və Milli Azərbaycan Tarix Muzeyinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” və “27 sentyabr Anım Günü” münasibətilə tədbir keçirilir. SİA xəbər verir ki, tədbir Ulu Öndər Heydər Əliyev və Vətən uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açılıb.

Tədbirdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Milli Məclisin üzvü Ceyhun Məmmədov, Milli Azərbaycan Tarix Muzeyinin rəhbəri Nailə Vəlixanlı, eləcə də Vətən Müharibəsi şəhidləri və qazilərinin yaxınları iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə