“Azəriqaz”ın baş direktoru Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

SOCAR-ın “Azəriqaz” İB-nin baş direktorunun Göyçay rayonunda vətəndaşlarla görüşü sentyabrın 26-sı saat 11:00-da Gənclər Mərkəzində baş tutacaq. “Azəriqaz”ın mətbuat xidmətindən SİA-ya bildirilib ki, görüş zamanı Göyçay və Ağdaş rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək.

“Vətəndaşların diqqətinə çatdırırıq ki, görüşdə ünvanlanan müraciətlər yalnız “Azəriqaz” İB-nin fəaliyyəti ilə bağlı olmalıdır. Görüşə dair əlavə məlumat almaq istəyənlər Ağsu Regional qaz istismarı İdarəsinə (tel: 050-845-75-15; 050-845-91-01) müraciət edə bilərlər”,- deyə məlumatda qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə