Əmək Mərkəzinin Baş Assambleyasına hazırlıqla bağlı yüksək vəzifəli rəsmilərin görüşü keçirilir - YENİLƏNİR/FOTO

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin və nümayəndə heyətlərinin Bakıya səfəri çərçivəsində yüksək səviyyəli dəyirmi masa keçirilir. SİA xəbər verir ki, “Dəyişən İş Dünyasında İnnovativ Əmək və Məşğulluq Strategiyaları: Qlobal Çağırışlar – Milli Həllər” mövzusunda təşkil edilən tədbirin açılış sessiyasında çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Bakının xalqlar arasında dostluq və əməkdaşlığa xidmət edən daha bir mühüm tədbirə ev sahibliyi etməsindən məmnunluğunu ifadə edib.

O, Azərbaycanın əmək münasibətləri sahəsində İƏT ilə səmərəli əməkdaşlıq etdiyini diqqətə çatdırıb, Prezident İlham Əliyevintapşırıqları ilə son illər əmək, məşğulluq və sosial müdafiə sahələrində həyata keçirilən islahatlar barədə məlumat verib.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə