Xəbər verildiyi kimi, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən çoxmərtəbəli binada yanğın baş verib və dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub. SİA xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətinin məlumatında bildirilib.
Qeyd edilib ki, hazırda yanğının söndürülməsi işləri davam etdirilir.
Təhlükəsizlik tədbirləri çərçivəsində FHN əməkdaşları tərəfindən bina sakinlərinin təxliyəsi aparılıb.
Əlavə məlumat veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə