Ağdaşda şəhidlərin xatirəsi anılıb

Qarabağ bölgəsində keçirilən antiterror tədbirləri zamanı şəhadətə yüksələn Rzayev İqbal İlham oğlu və Mehdiyev Süleyman Mənsur oğlunun ildönümləri sentyabrın 20-də Ağdaşda və Qarağan Şıxlar kəndində anılıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, mərasimlərdə rayon icra hakimiyyəti və hüquq-mühafizə orqanlarının rəhbərləri, həmçinin ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirlərdə şəhidlərin həyat yolu, xidmətləri və Vətən uğrunda göstərdikləri qəhrəmanlıq haqqında məlumat verilib. Çıxış edənlər vurğulayıblar ki, antiterror tədbirlərinin gedişi zamanı şəhidlik zirvəsinə ucalan soydaşlarımızın fədakarlığı Azərbaycan Ordusunun Qələbəsində mühüm rol oynayıb və onların xatirəsi daim yaşayacaq.

Mərasimlərdə şəhidlərin ruhlarına dualar oxunub və onların xidmətlərinin gənc nəsillərə nümunə olması barədə danışılıb.

Qeyd olunub ki, şəhid İqbal Rzayev və şəhid Süleyman Mehdiyev Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümlərindən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalları ilə təltif ediliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə