Xankəndi şəhərində doğulmuşam. Çox şükür ki, bu gün bu müqəddəs torpağımızdayıq. Xankəndi şəhərindəyik. Bu şəhərin havasını udub, gözəlliyini seyr edirik. Xankəndinin bərpasını, yenidən qurulmasını, günü-gündən gözəlləşməsini görürük. Bundan xoş nə ola bilər?
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bunu şəhər sakini Təranə Şahmuradova deyib. “Allah şəhidlərimizə rəhmət eləsin. Allah Prezidentimizi, Ordumuzu, dövlətimizi qorusun. Azərbaycanın üçrəngli Bayrağı daim yüksəklərdə dalğalansın. Bu gün Xankəndi Şəhər Günü qeyd edilir. Mən də iş yoldaşlarımla bu bayram tədbirində böyük sevinclə iştirak edirik. Tədbirin təşkilatçılarına təşəkkürümü bildirirəm”, - deyə o bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə