“AZCON Holding”in şirkətlərindən olan “Bakı Metropoliteni” QSC Formula 1 üzrə Azərbaycan Qran-Prisi ilə əlaqədar iş rejimində dəyişiklik edəcək. QSC-dən SİA-ya bildirilib ki, idman yarışının təşkilatçısı olan Bakı Şəhər Halqası əməliyyat şirkətinin müraciətinə əsasən, iki gün metropolitenin iş rejimi 2 saat uzadılacaq.
Belə ki, sentyabrın 19-20-nə və 20-dən 21-nə keçən gecələrdə Bakı metrosunun bütün stansiyaları saat 02:00-a qədər sərnişinlərin girişinə açıq olacaq. Paytaxtda keçirilən kütləvi tədbirlərlə bağlı təsdiq olunmuş əməliyyat planına əsasən, yarış günlərində şəhər mərkəzinə yaxın stansiyalarda gücləndirilmiş iş rejimi tətbiq olunacaq.
Qatarlar payız-qış qrafikinə uyğun hərəkət edəcək. Tədbirlər planına uyğun olaraq, ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq və zərurət olarsa, xətlərə buraxılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə