Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai şuraya üzvlərin seçilməsi ilə bağlı səsvermə keçirilib. Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, səsvermənin nəticələrinə, eləcə də qanunvericiliyə müvafiq olaraq tələb edilən səs çoxluğunu toplamış 9 nəfər ANAMA yanında İctimai şuranın üzvü seçilib.
Seçilənlərin hər biri minatəmizləmə, maarifləndirmə, minadan zərəçəkənlərə yardım, ölkəmizin mina problemini dünya ictimaiyyətinin diqqətinə çatdırılması sahəsində müvafiq təcrübəyə malikdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB