Babək rayonunda 4 gün ərzində elektrik enerjisinin verilişində fasilələr olacaq
Sentyabrın 15-dən 19-dək Babək rayonunun Cəhri qəsəbəsi və Gülşənabad kəndində elektrik enerjisinin verilişində gün ərzində fasilələr olacaq. “Azərişıq” ASC-dən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, bu müddət ərzində 35/10 kV-luq Cəhri yarımstansiyasından qidalanan 10 kV-luq Cəhri-1, Cəhri-2 və Cəhri-3 hava xətlərində payız-qış mövsümünə hazırlıq tədbirləri həyata keçiriləcək.
Plan üzrə xətlərə toxunan ağacların kəsilməsi, boş sallanmış naqillərin çəkilərək bərkidilməsi, KTM-lərin (komplekt transformator məntəqələri) təmiri və ətrafının təmizlənməsi işləri görüləcək.
Bununla əlaqədar olaraq, Cəhri qəsəbəsi və Gülşənabad kəndində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB