Bu gün mənim üçün unudulmaz gündür, doğma torpaqlara qayıdıram

Bu gün mənim üçün unudulmaz gündür. Uzun illərdən sonra doğma torpaqlara qayıdıram.

SİA-nın məlumatına görə, bu sözləri açıqlamasında Xocalının Daşbulaq kəndinə köç edən keçmiş məcburi köçkün Gülçöhrə Əliyeva deyib.

“Doğma torpaqlardan köçmək məcburiyyətində qalanda gənc qız idim. İllərlə o yerlərin həsrəti ilə yaşadım, bir gün yenidən qayıdacağımıza ümidimi itirmədim. Artıq həsrət dolu illər geridə qalır, qarşıda isə bizi doğma yurdumuzda xoş günlər gözləyir”, - deyə o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə