Yol polisi xəbərdarlıq edir: "Azyaşlıların avtomobil idarə etməsi təhlükəlidir' - FOTOLAR
Yetkinlik yaşına çatmamış şəxslərin avtomobil sürməsi qəti qadağandır və ciddi fəsadlara səbəb ola bilər. SİA xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, ötən gün Ağdam rayonunda azyaşlı sürücünün idarə etdiyi avtomobilin aşması nəticəsində həmyaşıdının həlak olduğu qəza baş verib.
Yol polisi qeyd edib ki, nəqliyyat vasitəsini yalnız qanunla müəyyən olunmuş yaşa çatmış və sürücülük hüququna malik şəxslər idarə edə bilər. Bu qaydanın pozulması həm insan həyatı üçün təhlükə, həm də qanuni məsuliyyət yaradır.
Eyni zamanda vurğulanıb ki, bəzi valideynlər və böyüklər məsuliyyətsizlik göstərərək azyaşlıların və ya ailə üzvlərinin sürücülük vəsiqəsi olmadan avtomobil idarə etməsinə şərait yaradırlar. Bu hərəkət qanunla qadağan olunmaqla yanaşı, həm sürücü, həm sərnişin, həm də piyadalar üçün böyük risk təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə