Azərsun Holdinq “YAŞAT” Fondunun təşkilatçılığı ilə beşinci dəfə “Məktəbli ləvazimatları” layihəsi reallaşdırılıb.
Belə ki, yeni tədris ilinin başlanması ilə əlaqədar şəhidlərimizin 1-11-ci siniflərdə təhsil alan məktəbli övladlarına illik dərs ləvazimatlarından ibarət hədiyyə qutuları çatdırılıb.
SİA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, respublikanın bütün ərazisi üzrə 900-dən çox şəhidin 1500-dək övladı üçün qutu hazırlanıb və aidiyyəti üzrə çatdırılıb.
Ümumilikdə məktəblilərin 800 nəfərə qədəri oğlan, 700 nəfərə qədəri isə qızdır.
Azərsun Holdinq uşaqların təhsilinə töhfə vermək, onların gələcəyə olan inamını gücləndirmək və Şəhid ailələrinə dəstək olmaq üçün müxtəlif sosil layihələr həyata keçirir.
Bütün xəbərlər Facebook səhifəmizdə