Qəyyumu tərəfindən zorakılığa məruz qalan uşaqla bağlı prosessual tədbirlər Daxili İşlər Nazirliyinin (DİN) nəzarətinə götürülməklə davam etdirilir.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, fakta görə Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin “əzab vermə” maddəsi ilə cinayət işi başlanılıb.
Yetkinlik yaşına çatmayan şəxsin qəyyumu Günay Ramiz qızı Novruzova cinayət məsuliyyətinə cəlb olunaraq saxlanılıb.
Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə