Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə sosial şəbəkələr vasitəsilə 2025-ci ilin yanvar-avqust ayları ərzində 13 min 641 vətəndaş müraciəti cavablandırılıb.
Bu barədə SİA-ya Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, müraciətlərin 4 min 626-sı ünvanlı dövlət sosial yardımı, 3 min 23-ü pensiya təyinatı, 3 min 671-i sosial müavinət və təqaüd, 228-i sosial sığorta və fərdi uçot, 2 min 93-ü isə digər istiqamətlər üzrə olub.
Bütün xəbərlər Facebook səhifəmizdə