Bu gündən Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) üzvlüyünə qəbulla bağlı ixtisas imtahanının növbəti test mərhələsində iştirak etmək üçün elektron sənəd qəbuluna start verilib. SİA xəbər verir ki, bu barədə kollegiyanın mətbuat xidməti məlumat yayıb.
Namizədlərin nəzərinə çatdırılıb ki, növbəti test mərhələsində iştirak üçün bütün müraciətlər yalnız elektron formada qəbul olunur.
Qaydalara əsasən, elektron müraciət etmək istəyən namizədlər ARVK-nın rəsmi internet səhifəsindəki “Vəkilliyə qəbul” bölməsinə (https://barassociation.az/candidate-login) daxil olaraq açılan pəncərədən “Namizəd qeydiyyatı”na keçid etməlidirlər.
ARVK ilə Dövlət İmtahan Mərkəzi arasında əldə edilmiş razılığa əsasən, test imtahanının dəqiq tarixi və digər ətraflı məlumatlar yaxın günlərdə əlavə olaraq açıqlanacaq.
Həmçinin namizədlər onlayn qaydada hazırlanan videotəlimatla tanış olaraq müraciət və qeydiyyat prosesini rahatlıqla həyata keçirə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə