"Azəristiliktəchizat" ASC-nin sədri İlham Mirzəliyev Mingəçevir şəhərində vətəndaşları qəbul edəcək. SİA səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, qəbul sentyabrın 12-də, saat 10:00-da Mingəçevir və Yevlax sakinləri üçün keçiriləcək.
Qəbulda istilik və isti su təchizatı ilə bağlı vətəndaşları maraqlandıran suallar cavablandırılacaq, istilik təchizatına dair sakinlərin problemləri dinləniləcək.
Qəbul Mingəçevir şəhəri Heydər Əliyev Mərkəzində baş tutacaq.
Müəllif: Ayşən Sadıxzadə
Bütün xəbərlər Facebook səhifəmizdə