Qarabağın biomüxtəlifliyi və ekoloji inkişafı ilə bağlı beynəlxalq konfrans keçiriləcək

Azərbaycanda oktyabrın 29-da "İşğaldan azad olunmuş torpaqlarda biomüxtəlifliyin qorunması və dayanıqlı ekoloji inkişafı" adlı beynəlxalq konfrans keçiriləcək. SİA xəbər verir ki, konfrans Dendrologiya İnstitutu, Elm və Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası Biologiya və Tibb Elmləri Bölməsi, Rusiyanın Baş Botanika Bağı, Amerika Massaçusets Universiteti Kənd Təsərrüfatı Kolleci, Qazaxıstan Botanika və Fitointroduksiya İnstitutu, Qazaxıstan Manaş Kozıbayev adına Şimali Qazaxıstan Universiteti, Özbəkistan Alfarangus Universiteti, Pakistan OAK Consulting Organization, Türkiyə Erzurum Texniki Universitetinin təşkilatçılığı ilə baş tutacaq.

Konfransın əsas məqsədi Qarabağ iqtisadi rayonu biomüxtəlifliyinin müasir vəziyyətinin öyrənilməsi, onun qorunması, saxlanması, inkişafı, nadir və nəsli kəsilməkdə olan növlərin qiymətləndirilməsi və bərpasıdır. Həmçinin antropogen təsirlərin biomüxtəlifliyə göstərdiyi təsirlərin elmi əsaslarla aradan qaldırılması istiqamətində təddiqatlar aparılması, həmçinin regionda dayanıqlı ekoloji inkişafı təmin edən elmi tədqiqatların nəticələrinin tətbiqidir.

Eləcə də bu sahənin elm adamları ilə təcrübə mübadiləsinin həyata keçirilməsi üçün elmi platformanı formalaşdırmaqdan ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə