Azərbaycana və milli-mənəvi dəyərlərimizə təhdidlərlə mübarizədə ictimai səfərbərliyin gücləndirilməsinə töhfə verildi
“Vətəndaş Tribunası” İctimai Birliyinin Naxçıvan MR-də yerinə yetirdiyi “Sosial mediada Azərbaycanın milli-mənəvi dəyərlərinə təhdidlərlə mübarizə” layihəsi başa çatdı. Layihə çərçivəsində eyniadlı kitabça nəşr edilərək tədbir iştirakçılarına paylandı. Kitabçada sosial media vasitəsilə aparılan müasir təbliğatın forma və xarakterləri analiz edildi, Azərbaycana, xalqımızın mili-mənəvi dəyərlərinə qarşı yönəldilən təhdidlər araşdırıldı, onlarla mübarizə yolları göstərildi.
Layihə rəhbəri yazıçı Səfər Alışarlı mətbuata açıqlamasında bildirib ki, Şərur və Naxçıvan şəhərlərində yerli ictimaiyyət təmsilçilərinin iştirakı ilə keçirilən görüşlərdə Azərbaycanın 2020-ci il Qarabağ qələbəsindən və 2023-cü ildə Qarabağda keçirilmiş bir günlük anti-terror əməliyyatından sonra yaranmış regional və beynəlxalq vəziyyət müzakirə edildi, düşmən qüvvələrin ölkəmizə qarşı apardığı təbliğatın çirkin məqsəd və niyyətləri ifşa edildi. Bildirildi ki, Ermənistan, İran və Rusiyanın, eləcə də bəzi Qərb dövlətlərinin müəyyən dairələri Azərbaycanın Qarabağ qələbəsini həzm edə bilmir, bölgəmizdə münaqişə ocağınınbərpa olunması və saxlanması üçün əllərindən gələni edirlər. Həmişə olduğu kimi, bu işin önündə media təbliğatı gedir. Adı çəkilən ölkələrdə Azərbaycana qarşı şər-böhtan kampaniyalarını davamlı şəkildə aparmaq üçün xüsusi tribunalar formalaşdırılır,boşboğaz siyasətçi, jurnalist qruplarına sosial media vasitəsilə geniş təbliğat imkanları yaradılır.Zatulin, Tolstoy, Solovyov, Simonyan, Platoşkin, Mardan, Miqranyan, Baqdasaryan, Kurqinyan, Poqosyan və sairimperiyapərəsttörtöküntülərbu sahədə xüsusi fəallığı ilə seçilirlər.
Tədbirlərdə qeyd edildi ki, Rusiya xüsusi xidmət orqanlarının təxribatçı təhdidləriləErmənistanda revanşizm əhvalı körüklənir, burada Azərbaycana qarşı yeni cəbhənin yaradılması, regional sabitliyin pozulması üçün ciddi səylər göstərilir. 13 avqust 2025-ci il yüksək səviyyəli Vaşinqton razılaşmasından sonra da Ermənistanda revanşizm əhvalı səngimir, bu ölkənin mürtəce dairələri Azərbaycana qarşı təbliğatı davam etdirirlər.Bu işin arxasında əsasən Rusiya və İran dayanır. Rusiya üzdə Zəngəzur dəhlizinin açılmasının tərəfdarı kimi çıxış etsə də, özünün dəhlizə nəzarətini təmin etmək üçün regional sabitliyi pozmaq niyyətindən əl çəkmir. Dəhlizin açılmasına qarşı İran daha radikal mövqe nümayiş etdirərək rəsmi səviyyələrdə kəskin bəyanatlar səsləndirməkdə davam edir.
Azərbaycan dövləti bütün bu təxribatçı siyasətin önlənməsi və milli maraqların təmin edilməsi üçün həm beynəlxalq, həm də regional səviyyədə böyük diplomatik səylər nümayiş etdirir, eyni zamanda dünyada gedən müxtəlif müharibələrin yaratdığı mürəkkəb vəziyyəti nəzərə alaraq, ölkəmizin hərbi qüdrətinin artırılmasını bir an belə nəzərdən qaçırmır. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev 21 avqust 2025-ci ildə Kəlbəcərə köç etmiş sakinlərin nümayəndələrilə görüşdə daha geniş danışaraq, Azərbaycanın müharibəyə həmişə hazır olmasının zəruriliyini vurğuladı.
Layihə tədbirlərində qeyd edildi ki, dünyada iqtisadi ekspansiya uğrunda gedən kəskin mübarizə türk dövlətlərinin birliyini tələb edir. Bu birliyin əsas yolu isə Zəngəzur dəhlizindən keçir. Dəhlizin türk birliyi üçün əsas kommunikasiya arteriyası olduğunu görən düşmənlərimiz ona qısqanclıqla yanaşmaqda davam edirlər. Onlar türk birliyi ilə iqtisadi, siyasi, logistik və sair əməkdaşlıq planları qurmaq əvəzinə müxtəlif təxribatçı şəbəkələr yaradır, sosial mediada apardıqları təbliğatda bu birliyi ideoloji baxımdan əngəlləməyə cəhd göstərirlər. Yolun açılmasının 35 illik blokada həyatı yaşayan Naxçıvan üçün xüsusilə mühüm əhəmiyyət daşıdığı keçirilən layihə tədbirlərində xüsusilə vurğulandı.
Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə