“Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev Qazax rayonunda Qazax, Ağstafa və Tovuz sakinlərini qəbul edib. SİA səhmdar cəmiyyətə istinadən xəbər verir ki, qəbulda vətəndaşların müraciət və təklifləri dinlənilib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun operativ şəkildə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.
Qəbuldan sonra İ. Mrzəliyev Qazax rayonunda istilik enerjisi təchizatı sahəsində 2025-2026-cı illər payız-qış mövsümünə dair aparılan hazırlıq işləri yaxından tanış olub.
Bütün xəbərlər Facebook səhifəmizdə