Avqustun 21-22-də Bakıda və Abşeron yarımadasında gözlənilən küləkli, qeyri-sabit hava şəraiti ilə əlaqədar Azərbayacan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyi istehsalat sahələrində təhlükəsizlik tədbirlərini gücləndirib. Bu barədə SİA-ya “Azneft”dən məlumat verilib.
Bildirilib ki, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülüb.
Bütün sahələrdə maarifləndirmə işləri aparılır, mövcud vəziyyət nəzarət altındadır.
Xatırladaq ki, avqustun 21-22-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə