Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 21 sosial xidmət müəssisəsində bu ilin yanvar-iyul aylarında 3 min nəfərə stasionar və yarımstasionar şəraitdə xidmətlər göstərilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, həssas əhali qruplarına aid olan həmin şəxslər sosial-məişət, tibbi-sosial, sosial-psixoloji, sosial-pedaqoji və digər xidmətlərlə təmin olunublar.
Onlardan 967 nəfərini uşaqlar təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə