Daxili işlər naziri Vilayət Eyvazovun Xaçmazda vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 2025-ci il avqust ayının 22-də Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı şəhər və rayonlarının sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun tarixi avqust ayının 29-a dəyişdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə