İstanbulda keçirilən növbəti EMİ Sahibkarlıq və Sosial Elmlər Konfransı uğurla başa çatıb
Prof. Dr. HimmetKaradalın rəhbərliyi və Türkiyənin BeykentUniversitetinin ev sahibliyi ilə İstanbulda keçirilən (Uluslararası 11. EMİ GirişimcilikveSosyalBilimlerKongres) 11-ci EMİ Sahibkarlıq və Sosial Elmlər Konfransı uğurla başa çatıb.
Ümumilikdə 28 ölkədən 172 universitet təmsilçilərinin iştirakı ilə keçirilmiş konfrans 31 iyul - 3 avqust tarixlərində olmaqla 4 gün davam edib.
Açılış mərasimində Türkiyənin Əmək və Sosial Müdafiə nazirinin müavini Prof. Dr. LutfihakAlpkan, İstanbul BeykentUniversitetinin rektoruProf. Dr. VolkanÖngel, Konfransın təşkilatçı rəhbəri Prof.Dr. HimmetKaradal, Özbəkistandan Prof. Dr. BakhodirTurayev, PerfectÜniversitetininrektoruProf.Dr. Daurenbekİlesaliev, Cizzak Dövlət Pedaqoji Universitetindən Doç.Dr. AnoraJabbarova, Milli Yüksəliş Partiyasından iki çağırış millət vəkili olan Doç.Dr. UlugbekMukhamadiev, Şimali Kipr Türk Cümhuriyyətindən Vəkflərtəşkilatının baş müdiri Prof.Dr. Mustafa Tümer vəGirnə Amerikan Universitetinin rektoruProf.Dr. SerdarYurtsever, İndonezyadan dekan Dr. FajarRezeki Ananda, Azərbaycandan Naxçıvan Dövlət Universitetinin Musiqi Kollecinin direktoru Məhəbbət Babayeva, Türkiyənin Kocaeli Universitetindən dekan Prof.Dr. MuhsinHalis, Qazaxıstan Turan Universitetinin prorektoruProf.Dr. GulzhanatTayauova, ABD CentralConnecticutState Universitetindən Doç.Dr. MohammedAbubakar, Dr. GözdeBozkurt, Kanada Teluq Universitetindən Prof.Dr. SaeedShobeiri, Nişantaşı UniversitetininprorektoruProf.Dr. Uğur Yozgat daxil olmaqla dünya ölkələrindən və Türk Dünyasından çox sayda elm və təhsil adamı iştirak edib.
Rəsmi açılışdan sonra konfrans işini ayrı-ayrı panellərdə davam etdirib. EMİ konfrans iştirakçıları növbəti dəfə qlobal məkanda baş verən sosial problemləri müzakirə ediblər. Konfrans çərçivəsində keçirilən ikitərəfli görüşlərdə ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə olunub. EMİ-nin səyləri, o cümlədən konfransın təşkilatçı rəhbəri Prof. HimmetKaradala sonsuz təşəkkürlər çatdırılıb.
ProfessorHimmetKaradal SİA-ya açıqlamasında deyib: "Bu konfrans yalnız akademik bir fəaliyyət platforması deyil, eyni zamanda yeni iş birlikləri, əməkdaşlıq çağırışlarıvə yeni-yeni layihələrin başlanğıcı üçün bir fürsət yaradır. Əsaslandıra bilərik ki, telefon danışıqları, onlayın müzakirələr nə qədər geniş yayılsa da belə, üz-üzə əlaqələrin nəticəsini verə bilməz. Bu mənada EMİ konfranslarının ən böyük mahiyyəti başda Türk Dünyası olmaqla dünyanın aparıcı universitetlərinin rektorlarını, digər məhsul şəxsləri, eləcə də elmi ictimaiyyətinin tanınmış simalarının bir araya gətirməkdir.”“
Xatırladaq ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının Ümumi fənnlər kafedrasının Pedaqogika müəllimi Fidan Salmanlı konfransda iştirak edib. Həmyerlimiz həm panel iclasda çıxış edib həm də “Təhsil həyata hazırlıq deyil, təhsil həyatın özüdür” sərlövhəli məqalə təqdim edib,
Konfransın Təşkilat Komitəsinin məlumatına görə, Qəbul edilən məqalələr, İSBN’liAbstractBook’ da nəşr olunacaq. KentAkademisi (TR Dizin) və Economics: Open -AssessmentJournal (SSCI-Q3, Scopus- Q3) tərəfindən 11 EMI Konfransının özəl say ilə Journal EMI, EUJMR və ASSTUDIES jurnallarından birinə yüklənəcəkdir!
Bütün xəbərlər Facebook səhifəmizdə