Azərbaycana gətirilən ukraynalı uşaqların Qəbələyə ekskursiyası təşkil edilib - FOTOLAR

Dövlət-Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə Azərbaycana gətirilərək reabilitasiya tədbirlərinə cəlb edilən 30 ukraynalı uşaq üçün ekskursiyalar təşkil edilib. SİA xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.

Qeyd edilib ki, onlar "Qəbəland” Əyləncə Mərkəzi və Nohurgöllə aparılıb, Qəbələnin təbiət gözəllikləri ilə tanış olub, həmçinin əyləncə mərkəzində maraqlı vaxt keçiriblər.

Ukraynalı uşaqların reabilitasiya müddəti ərzində ölkənin digər regionlarına da səfərləri təşkil ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə