Möminə xatun türbəsinin bərpası istiqamətində işlərə başlanılıb

Naxçıvan şəhərində yerləşən böyük tarix və mədəniyyət yadigarı, Azərbaycan milli memarlığının möhtəşəm abidəsi və Şərq memarlığının incilərindən biri olan Möminə xatun türbəsinin bərpası istiqamətində işlərə başlanılıb.

SİA-nın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, nazirliklə “Atelier Erich Pummer GmbH” şirkəti arasında imzalanmış müqaviləyə əsasən bu gün şirkətin işçi qrupu Naxçıvana gəlib.

Şirkət tərəfindən ilkin olaraq ərazidə müvafiq infrastruktrun qurulması işlərinə başlanılıb. Abidə tarixiliyi qorunub saxlanılmaqla ilkin formaya uyğun bərpa ediləcək.

Qeyd edək ki, Prezident İlham Əliyev cari ilin mayın 22-də “Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə