İyun və iyul aylarında 55 nəfəri gün vurub. Bu barədə SİA-nın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, iyunda Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhərindən günvurma ilə bağlı 2, iyul ayı ərzində 53 nəfər (18-i qadın, 35-i kişi cinsli olmaqla) müraciət edib.
Onlardan 28 nəfəri tibb müəssisəsinə hospitalizasiya olunub, 21 nəfərə yerində tibbi yardım göstərilib.
Paytaxt üzrə 4 nəfərin tibbi xidmətdən imtinası qeydə alınıb.
Regionlar üzrə günvurma ilə bağlı isə Quba, Ağstafa, Sabirabad, Hacıqabul, Neftçala və Zaqatala rayonlarından daxil olun müraciətlər üzrə 6 nəfər tibb müəssisələrinə hospitalizasiya olunub, 4 nəfərə isə yerində tibbi yardım göstərilib.
İyun ayında isə Bakı şəhərindən günvurma ilə bağlı 2 nəfər TƏBİB-ə müraciət edib.
Onlardan 1 nəfəri tibb müəssisəsinə hospitalizasiya olunub, 1 nəfərə yerində tibbi yardım göstərilib.
Regionlar üzrə günvurma ilə bağlı Quba və Qax rayonlarından daxil olun müraciətlər üzrə 1 nəfər tibb müəssisəsinə hospitalizasiya olunub, 1 nəfərə isə yerində tibbi yardım göstərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə