Bəzi yerlərə yağış yağıb - FAKTİKİ HAVA

Azərbaycanda iyulun 30-u saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində yağmursuz hava şəraiti müşahidə olunub, lakin gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Düşən yağıntının miqdarı Daşkəsən, Gədəbəy, Yardımlı və Altıağacda 1 mm-dir.

İyulun 29-da havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, dağlıq rayonlarda 30, Aran rayonlarında 40, Naxçıvan MR-da isə 41 dərəcəyədək isti qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə