DSMF sədri Göyçayda vətəndaşları qəbul edəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyev 8 avqust saat 11:00-da Göyçayda bu rayonun sakinlərini qəbul edəcək. Bu barədə SİA-ya DSMF-dən məlumat verilib.

Pensiya, sosial müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı və fərdi uçotla bağlı sualınız varsa, avqustun 1-dək Fondun Göyçay rayonunda yerləşən regional filialına müraciət etməklə və ya (055) 912-34-22 telefon nömrəsinə zəng edib, [email protected] elektron ünvanına yazıb, eləcə də DSMF-nin sosial şəbəkə hesabları vasitəsilə müraciət edib qeydiyyatdan keçməklə qəbula yazıla bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə