Bahar Muradova Qusarda vətəndaşların müraciətlərini dinləyəcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova avqustun 1-də saat 11:00-da Qusar rayon Heydər Əliyev Mərkəzində vətəndaşlarla görüşəcək, onların müraciətlərini dinləyəcək. Bu barədə SİA-ya Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, görüşdə Qusar və Quba rayon sakinlərinin müraciətlərinə baxılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə