Azərbaycan QHT-si müharibədə itkin düşmüş şəxslərlə bağlı aksiya keçirməyi planlaşdırır
“Qarabağ İtkin Ailələri” İctimai Birliyi “İtkin ailələrinin eşidilməyən səsi” layihəsinin icrasına başlayıb. SİA-nın məlumatına görə, layihə Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə keçirilir və məqsəd Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqdır.
Layihənin əsas məqsədi Cenevrədə BMT-nin ofisi qarşısında dinc aksiyanın keçirilməsidir.
Aksiyada Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş 7 itkin ailəsinin üzvü iştirak edəcək.
İctimai Birlikdə qeyd ediblər ki, “Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və BMT-nin itkin düşmüş azərbaycanlılar üzrə məlumatlılığının artırılması, itkin düşmüş azərbaycanlıların son taleyi və məzar yerləri haqqında məlumatların Ermənistan tərəfindən Azərbaycan dövlətinə və itkin ailələrinə verilməsi üçün BMT-dən Ermənistana təsir etməyə çağıracağıq”.
Qeyd edək ki, 2025-ci il iyunun 1-ə olan məlumata əsasən, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3 990 nəfəritkin düşmüş şəxs kimi qeydiyyata alınmışdır.
Onlardan 3 984 nəfəri XX əsrin 90-cı illərində yəni, birinci Qarabağ müharibəsində, 6 nəfəriisə 2020-ci ildə baş vermiş 44 günlük ikinci Qarabağ müharibəsində itkin düşmüşlər. 3 990nəfərdən 3 211 nəfəri hərbçi, 779 nəfəri mülki şəxslərdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 284 nəfəri qadın, 316nəfəri qocadır.
Bütün xəbərlər Facebook səhifəmizdə