Ucqar dağ kəndlərində görüş

Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov yerlərdə sakinlərlə açıq formatda dialoqun qurulması istiqamətində növbəti səyyar görüş-qəbulunu iyulun 16-da Gəgiran kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib.

Səyyar görüş öncəsi icra başçısıGəgiran şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün inşa edilən abidəni ziyarət edib, önünə tər güllər düzüb, ruhlarına dua edib, onlara olan hörmət və ehtiramlarını ifadə edib.

Taleh Qaraşov ötən səyyar qəbulda qaldırılan məsələlərin icra vəziyyəti barədə yerli insanlara məlumat verib. Yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olan və ədalətli qaldırılan məsələlərin həllini tapdığını, digər məsələlərin həlli üçün aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlandığını vurğulayan icra başçısı qaldırılan bütün məsələlərin şəxsi nəzarətində olduğunu qeyd edib.

Daha sonra Taleh Qaraşov ucqar dağ kəndlərinin sakinləri ilə birbaşa, vasitəsiz və heç bir maneə olmadan dialoq qurub, onların qayğı və problemlərini dinləyib.

Gəgiran kənd inzibati ərazi dairəsinin sakinlərisəyyar qəbulda bir çox məsələlərin həll olunmasından, fikir və narahatlıqlarını sərbəst ifadə edə bilmələrindən razı qalıblar.

Dövlətə və dövlətçiliyə bağlı olan Gəgiran, Jidi və Diryan kəndlərininsakinləri qaldırdıqları istənilən məsələyə dövlət qurumları tərəfindən hər zaman xüsusi həssaslıq göstərildiyini vurğulayıblar, buna görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyeva səmimi minnətdarlıqlarınıifadə ediblər.

Sərraf Talıbov

Bütün xəbərlər Facebook səhifəmizdə