Yevlax şəhərinin bir hissəsində - 77 sənaye müəssisəsində, İravanlı yaşayış massivində, 31-ci və 32-ci məhəllələrdə, 32-ci məhəllənin ətrafındakı yeni yaşayış massivində yaşayan abonentlərin mavi yanacaqla təchizatı dayandırılıb. SİA-nın məlumatına görə, Tərtər Regional Qaz İstismar İdarəsinin Yevlax Xidmət Sahəsi diametri 1220 mm-lik "Qazıməmməd-Qazax II xətt" yüksək təzyiqli magistral qaz kəməri ilə "Yevlax-1 QPS qol qaz kəməri"nin əlaqələndirilməsi üçün çəkilmiş yüksək təzyiqli qaz xəttinin qaznəqli sisteminə birləşdirilməsi işləri görür.
İşlər başa çatdıqdan sonra qazın verilişi bərpa olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB