Bu gün Naxçıvan şəhərinin bəzi ərazilərinə içməli suyun verilməsi dayandırılacaq. SİA-nın məlumatına görə, şəhərin Əliqulu Qəmküsar, Babək və Əlincə məhəllələrini su ilə təmin edən magistral xətdə qəza baş verib.
Qəzanın aradan qaldırılması üçün görülən işlərlə əlaqədar iyulun 10-da saat 10:00-da həmin ərazilərin müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranacaq. İşlər bu gün yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə