İrandan Azərbaycana narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb

Külli miqdarda narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə mübarizə istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri zamanı Azərbaycan Respublikasının İran İslam Respublikası ilə sərhədinin İmişli rayonu ərazisindən keçən hissəsində ümumi çəkisi 42 kiloqrama yaxın müxtəlif növ narkotik vasitələrin - 33 kiloqram 125 qram qurudulmuş marixuana, 5 kiloqram 015 qram tiryək, 2 kiloqram 90 qram heroin, 1 kiloqram 440 qram metamfetamin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilməkdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə