Şərur rayonunda sel daşqınlara səbəb olub

Naxçıvan Muxtar Respublikasının Şərur rayonu ərazisində müşahidə edilən sel daşqınlara səbəb olub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, daşqınlar rayonun Dərəkənd, Oğuzkənd və Xətai kəndlərinin ərazisindən keçən su kanallarına ziyan vurub. Həmçinin daşqın zamanı həmin ərazidəki iki tövləyə zərər dəyib.

Müvafiq qurumların əməkdaşları dərhal əraziyə baxış keçirib, lazımi işlər görülüb, daşqınların yaratdığı fəsadlar aradan qaldırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə