Şərurda avtomobil yolunda sel sularının yaratdığı fəsadlar aradan qaldırılır - FOTOLAR

Şərur rayonuna yağan güclü yağış nəticəsində Havuş kənd avtomobil yoluna sel gəlib. Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən SİA-nın bölgə müxbirinə bildirilib ki, sel sularının yolları yuması nəticəsində bəzi hissələr yararsız hala düşüb.

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları əraziyə cəlb olunub. Hazırda yolun bərpası və hərəkətin normal şəkildə təmin olunması istiqamətində aparılan işlər davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə