Bayram günlərində "802” vətəndaşlara xidmət göstərəcək

Narkomaniyaya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən vətəndaş məmnunluğunu təmin etmək məqsədilə iyunun 26-29-da, yəni bayram günlərində "802” qaynar xətt xidməti vatsap üzərindən fəaliyyətini davam etdirəcək.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə İşçi Qrupundan məlumat məlumat verilib.

Bildirilib ki, vətəndaşlar (055) 600 08 02 vatsap nömrəsi vasitəsilə sorğularını göndərə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı suallarına cavab və yönləndirici məlumat əldə edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə