Siyablı, Şovu və Təngivan sakinləri ilə görüş - FOTOLAR

İyunun 25-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov növbəti səyyar görüş-qəbulunu Şovu kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib. Səyyar görüşdə icra hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, yerli idarə və təşkilatların nümayəndələri də iştirak ediblər.

Taleh Qaraşov ötən səyyar qəbulda qaldırılan məsələlərin icra vəziyyəti barədə yerli sakinləri məlumatlandırıb və bildirib ki, yerli icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində olan bütün məsələlər həllini tapıb, digər məsələlər barədə də aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına rəsmi müraciətlər ünvanlanıb və vətəndaşlara bununla bağlı qanunamüvafiq izahatlar verilib.

İcra başçısı dağ kəndlərinin problemlərinin həlli üçün ölkə rəhbərliyin tapşırıqlarına uyğun olaraq davamlı addımların atıldığını, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması, sosial-infrastrukturun daha da təkminləşdirilməsi, kənd təsərrüfatının yerlərdə inkişafının dövlətin diqqət mərkəzində olduğunu vurğulayıb.
Taleh Qaraşov yerlərdə, xüsusilə dağ kəndlərində məşğulluğun təmin olunması üçün sakinlərin fərdi və ya birgə təsərrüfat qurmalarının önəminə toxunub, kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadə olunması, kiçik təsərrüfatların yaradılması üçün dövlətin müxtəlif layihələr həyata keçirdiyini və subsidiyalar verdiyini bildirib.

Siyablı, Şovu və Təngivan kəndlərinin sakinləri səmimi qəbuldan razılıqlarını ifadə ediblər. Yerli sakinlər vətəndaş məmnunluğunun və sosial-iqtisadi inkişafın təmin olunması, habelə abadlıq-quruculuq işlərinin aparılması və bütövlükdə rayonun iqtisadi və sosial həyatındakı müsbət dəyişikliklərə görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevayasəmimi minnətdarlıqlarını bildiriblər.

S.TALIB

Bütün xəbərlər Facebook səhifəmizdə