“Azercell Telekom” MMC və “PAŞA Sığorta” ASC arasında tərəfdaşlıq çərçivəsində “Premium” tarif paketinin istifadəçilərinə eksklüziv kampaniya təqdim olunur. SİA xəbər verir ki, “Premium” tarifinin abunəçiləri PAŞA Sığortanın“Tam Kasko” məhsulunu 30% endirimlə əldə edə biləcəklər. Sözügedən sığorta paketi yol-nəqliyyat hadisələri, oğurluq, yanğın, təbii fəlakətlər və digər riskləri əhatə edir.
Bu təklifdən faydalanmaq üçün “Premium” abunəçiləri “Azercell” mobil tətbiqi vasitəsilə müraciət edərək kampaniyaya qoşula bilərlər.
Ətraflı məlumat üçün: https://pasha-insurance.az/az
Bütün xəbərlər Facebook səhifəmizdə