Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasimi-YENİLƏNİB
İyunun 19-da Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak ediblər.
Mərasimdə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirildi.
Sonra “Azərbaycan” məhəlləsinə həsr edilmiş videoçarx nümayiş etdirildi.
Azərbaycan Respublikasının Prezidenti tədbirdə çıxış etdi.
-Əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan.
Sayın tədbir iştirakçıları, əziz kahramanmaraşlılar.
İlk növbədə sizə Azərbaycan xalqının ən səmimi salamlarını çatdırıram. 2023-cü il fevralın 6-dakı dəhşətli zəlzələ nəticəsində həlak olmuş, həyatını itirmiş bütün bacı-qardaşlarımıza Allahdan bir daha rəhmət diləyirəm.
Azərbaycan xalqı bu faciəni öz faciəsi kimi qəbul etdi. İlk gündən on minlərlə azərbaycanlı Bakıda, Azərbaycanın müxtəlif şəhərlərində insani yardım göstərmək üçün məntəqələrə gəlib öz qardaşlıq borcunu yerinə yetirməyə başlamışdır. Zəlzələdən dərhal sonra əziz qardaşımın, hörmətli Cümhurbaşqanının liderliyi ilə axtarış-xilasetmə işləri başlamış, ondan sonra yenidənqurma və inşaat işlərinə start verilmişdir. Qısa müddət ərzində on minlərlə insan yeni mənzillərlə təmin edildi. Bu, bir daha Rəcəb Tayyib Ərdoğanın öz xalqına bağlılığını, sevgisini və güclü iradəsini göstərən amildir. Eyni zamanda, bu, güclü Türkiyənin təzahürüdür. Çünki ancaq güclü dövlət qısa müddətdə bu qədər böyük yenidənqurma və inşaat işləri görə bilər.
Azərbaycan dərhal mindən çox heyəti, o cümlədən axtarış-xilasetmə üzvlərini, könüllüləri, həkimləri Türkiyənin zəlzələ bölgələrinə göndərmiş və dərhal işə başlamışdır. Azərbaycan heyətləri tərəfindən 53 insan dağıntılar altından sağ çıxarılmış, bizim qurduğumuz iki səhra hospitalında 3200 insana Azərbaycan həkimləri tibbi yardım göstərmişdir.
Azərbaycan hər zaman Türkiyənin yanında olub, Türkiyə də hər zaman Azərbaycanın yanında olub və bu gün “Azərbaycan” məhəlləsinin açılışında əziz qardaşımla birlikdə iştirakım bir daha bizim birliyimizin, dostluğumuzun təzahürüdür.
Qarabağ məsələsində də qeyd etdiyiniz kimi, biz əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla savaşın ilk günündən çiyin-çiyinə, bir yerdə idik. Savaşın ilk saatlarında Türkiyə Cümhurbaşqanının bizə göstərdiyi dəstək, həmrəylik, siyasi dəstək, mənəvi dəstək, Türkiyə xalqının bizimlə bərabər olması bizim gücümüzə güc qatıb. Biz tarixi ədaləti bərpa etdik və bu gün Azərbaycan xalqı öz əzəli torpağında rahat və təhlükəsizlik şəraitində yaşayır.
“Azərbaycan” məhəlləsinin yaradılması da çox gözəl hadisədir, burada 90-dan çox bina inşa edilib, 1200 mənzildə bizim türkiyəli bacı-qardaşlarımız yaşayacaq. Məktəb, uşaq bağçası var, mədəniyyət mərkəzinin inşası da nəzərdə tutulur. Biz yaxşı günlərdə də, ağır günlərdə də daim bir-birimizin yanındayıq, bir-birimizin gücünü artırırıq. Bu gün Türkiyə-Azərbaycan qardaşlığı, birliyi nəinki bölgəmiz üçün, dünya miqyasında önəmli amildir, təhlükəsizlik, işbirliyi, inkişaf və qardaşlıq rəmzidir.
Dörd il bundan öncə hörmətli Cümhurbaşqanı ilə Şuşa şəhərində imzaladığımız Şuşa Bəyannaməsi bizim əlaqələrimizi ən yüksək zirvəyə qaldırmışdır. Şuşa Bəyannaməsi bizim əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır. Biz dostuq, qardaşıq, müttəfiqik. Türkiyə və Azərbaycan - iki qardaş ölkə həm siyasi, həm iqtisadi, həm enerji, nəqliyyat, hərbi və bütün başqa sahələrdə bir-birinin yanında inamla, uğurla irəliləyir.
Bu gün ilk dəfə olaraq bu gözəl diyarı ziyarət edirəm. Mən Türkiyənin bir çox yerində olmuşam. Gözəl Türkiyənin gözəl təbiətini görmüşəm. Burada da, qədim türk torpağı Kahramanmaraşda olmağımdan da çox məmnunam. Kahramanmaraşlılar dəhşətli zəlzələ ilə üz-üzə qalaraq öz iradələrini göstərdilər, sınmadılar, əyilmədilər. Bilirdilər və inanırdılar ki, onların arxasında güclü lider Rəcəb Tayyib Ərdoğan dayanır. Onların arxasında güclü Türkiyə dayanır. Bu, təbii ki, bir daha kahramanmaraşlıların nə qədər öz doğma xalqına, liderinə, dövlətinə bağlı olmasını göstərir.
Zəlzələ bölgələrində yaşayan bütün insanlara Azərbaycan xalqının hörmətini, sevgisini ifadə edirəm. Siz bilirsiniz və bilməlisiniz ki, Azərbaycanda sizin 10 milyon bacı-qardaşlarınız var. Azərbaycanlılar da bilirlər ki, Türkiyədə 80 milyondan çox bacı-qardaşlarımız var.
Yaşasın Türkiyə! Yaşasın Türkiyə-Azərbaycan birliyi, qardaşlığı!
x x x
Sonra Türkiyə Respublikasının Prezidenti çıxış etdi.
x x x
Daha sonra prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan “Azərbaycan” məhəlləsində inşa olunacaq mədəniyyət mərkəzinin onlayn formatda təməlini qoydular.
Zəlzələdən zərər görmüş bir sıra ailələrə yeni mənzillərin açarları təqdim olundu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan” məhəlləsinin açılışını bildirən rəmzi lenti kəsdilər.
Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan “Azərbaycan” məhəlləsini gəzdilər, burada inşa edilmiş mənzillərə baxdılar.
x x x
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsində inşa edilmiş Heydər Əliyev adına ibtidai məktəbdə və uşaq bağçasında yaradılan şəraitlə tanış oldular.
X X X
Qeyd edək ki, 2023-cü ilin fevralında Türkiyənin cənub-şərqində baş verən dəhşətli zəlzələdən dərhal sonra Azərbaycan dövləti və xalqı qardaş ölkənin yanında oldu.
Fəlakətin ilk günlərindən qardaş ölkəyə kömək üçün Prezident İlham Əliyevin tapşırığı ilə bütün imkanlar səfərbər edildi. Axtarış-xilasetmə işlərində iştirak etməklə yanaşı, ölkəmizin həm dövlət qurumlarının, həm də qeyri-hökumət təşkilatlarının səyləri digər istiqamətlərə yönəldildi.
Dövlətimizin başçısının digər bir mühüm tapşırığına əsasən, Azərbaycanın qardaş ölkəyə uzunmüddətli dəstəyi üçün Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin inşasına start verildi.
Tikinti işləri Azərbaycanın Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən həyata keçirildi. Ərazisi 27,6 hektar olan məhəllədə 1194 mənzildən ibarət 68 yaşayış binası, Heydər Əliyev adına ibtidai məktəb, uşaq bağçası, mədəniyyət mərkəzi və digər sosial obyektlər inşa olunub. Həmçinin burada məskunlaşacaq ailələr üçün 1595 ticarət obyekti də yaradılacaq.
2024-cü il sentyabrın 11-də Heydər Əliyev adına ibtidai məktəbin və uşaq bağçasının açılışları olub.
“Azərbaycan” məhəlləsinin baş planı üzrə 7, 8, 11 və 12-ci kvartalların tikintisi artıq tamamlanıb. 4 kvartalda 26 yaşayış binası yerləşir. Binalar hamısı 4 mərtəbəlidir. Bu binalarda ümumilikdə 456 mənzil, 328 qeyri-yaşayış obyekti inşa edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Bakının bu küçələrində təmir işləri aparılacaq - XƏBƏRDARLIQ
Sosial 8 May 23:28DİN və ADA Universiteti arasında memorandum imzalanıb
Sosial 8 May 23:19Polis Masazırda narkotikaya görə əməliyyat keçirib, saxlanılanlar var
Hadisə 8 May 23:04Bakıda birgə təlim keçirilib - Müdafiə Nazirliyi məlumat yaydı
Sosial 8 May 22:26Bu qərar 4 iyula qədər təxirə salındı - Trampdan GERİ ADDIM
Dünya 8 May 22:03Naxçıvanda Dövlət Xidmətinə yeni rəis müavini təyin edilib
Sosial 8 May 21:05Bu şəxslərə birdəfəlik maddi yardımlar ödənilib
Sosial 8 May 20:11AFFA "Qarabağ"a və futbolçusuna cərimə kəsdi
İdman 8 May 20:03Bu rayonlarda qaz olmayacaq
Sosial 8 May 19:21"Zirə" xal itirdi
İdman 8 May 19:04“Cənubi Qafqazda Sülhün Memarı – Azərbaycan” - MƏQALƏ
Siyasət 8 May 18:42Bakıda 5-ci Uşaq Kitab Festivalı keçiriləcək
Təhsil 8 May 18:16İqtisadi Şuranın iclası keçirilib
Siyasət 8 May 18:02Azərbaycanın rayonlarına yağış və qar yağır - FAKTİKİ HAVA
Sosial 8 May 16:28Azərbaycanda terror fəaliyyəti ilə bağlı yeni cəzalar təsdiqlənib
Siyasət 8 May 16:26Körpələr üçün ən faydalı göyərti hansıdır? - ARAŞDIRMA
Sosial 8 May 16:18Buraxılış imtahanında 8 nəfər maksimum bal yığıb, 3 nəfər xaric olunub
Təhsil 8 May 16:16WUF13 öncəsi "Bakı şəhərsalma həftəsi" təşkil ediləcək
Sosial 8 May 16:1412 aprel tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub
Təhsil 8 May 16:04Meksikada AVM yanğını: 5 ölü, 30 yaralı
Dünya 8 May 15:48İslam İnkişaf Bankı Qrupunun sədri Ələt Azad İqtisadi Zonasına səfər edib - FOTOLAR
İqtisadiyyat 8 May 15:37“Söz azadlığı və etik məsuliyyət insan vicdanı və cəmiyyət tarazlığını müəyyən edir” -KÖŞƏ
Köşə yazıları 8 May 15:23Trampın xüsusi elçilərinin Kiyevə səfəri gözlənilir
Dünya 8 May 15:08“Bakının inkişafı Heydər Əliyevin şəhərsalma strategiyasının nəticəsidir” - ŞƏRH
Siyasət 8 May 15:08Yaz mövsümündə dəri ləkələrindən necə qorunaq? -ARAŞDIRMA
Səhiyyə 8 May 14:58“Heydər Əliyev Azərbaycanın inkişaf yolunun memarı kimi yadda qalır” - SORĞU
Sosial 8 May 14:57Aliment ödəməyən şəxsləri hansı cəzalar gözləyir? - VƏKİL AÇIQLADI
Sosial 8 May 14:49Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub
Hadisə 8 May 14:43AFFA rəsmiləri Özbəkistanda birgə fəaliyyət imkanlarını müzakirə ediblər
İdman 8 May 14:34Şiddətə meyilli olan uşaqların psixologiyası
Sosial 8 May 13:42ADY: Bakı-Xırdalan-Bakı istiqaməti üzrə qatarlar yenilənmiş qrafiklə hərəkət edəcək
İqtisadiyyat 8 May 13:35PR nədir və niyə bu gün hər təşkilat üçün mühüm əhəmiyyət daşıyır?
Səhiyyə 8 May 13:30İranın zənginləşdirilmiş uranı haradadır? - MAQATE
Dünya 8 May 13:23Rusiyanın 13 hava limanı fəaliyyətini dayandırıb
Dünya 8 May 13:19Keçmiş Sovet ölkələrinin liderləri parada getməyəcəklər - İMTİNA
Dünya 8 May 13:14Laçının qəhrəman oğlu
Siyasət 8 May 13:04Maliyyə Monitorinqi Xidmətində yeni kadr təyinatı olub
İqtisadiyyat 8 May 13:00Sabah 27 dərəcə isti gözlənilir
Sosial 8 May 12:59ADY Yevlax–Bərdə xəttində əsaslı təmir işlərinə başlayır
İqtisadiyyat 8 May 12:32Fizioterapiya yaşlılar üçündür? - AÇIQLANDI
Səhiyyə 8 May 12:31İlham Əliyev: Azərbaycanda etnik və dini müxtəliflik milli sərvət kimi qorunur
Siyasət 8 May 12:29İlham Əliyev Roma Papasını təbrik edib
Siyasət 8 May 12:28Masa arxasında çalışanlar niyə sürətlə kökəlir? - DİETOLOQ AÇIQLADI
Səhiyyə 8 May 12:26İnsanlıq tarixinin ən qanlı savaşı: 1939-1945 - TƏHLİL
Siyasət 8 May 11:56Gənclər cəmiyyətə uyğunlaşır, yoxsa cəmiyyəti dəyişir? - SOSİOLOQ
Sosial 8 May 11:46"Azərbaycan turistə həyat tərzini də təqdim edir" - EKSPERT
Turizm 8 May 11:29Xudatda mağazadan 23 min manatlıq oğurluq olub
Hadisə 8 May 11:18Bakının Dəmirçizadə küçəsi ilə Xətai prospektinin kəsişməsində dəyişiklik ediləcək
İqtisadiyyat 8 May 11:16Ötən il insan alverində ittiham olunan 14 nəfər azadlıqdan məhrum edilib
Sosial 8 May 10:37Şərurun 2 kəndinin qaz təchizatı dayandırılacaq
Hadisə 8 May 10:30Dünya bazarında qızıl 23 dollardan çox bahalaşıb
İqtisadiyyat 8 May 10:09Dünya birjalarında neft bahalaşıb
İqtisadiyyat 8 May 10:072025-ci ildə 198 insan alveri cinayəti qeydə alınıb
Hadisə 8 May 10:06Lənkəranın bəzi kəndlərində işıq olmayacaq
Hadisə 8 May 10:05Naxçıvanda mayın pensiyaları ödənilib
Sosial 8 May 10:04Şahin Bağırov Naxçıvanda yeniyetmə voleybolçularla görüşüb - FOTOLAR
İdman 8 May 09:33“Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verilib
İqtisadiyyat 8 May 09:31Bu günün valyuta məzənnələri
İqtisadiyyat 8 May 09:29Gəncədə qanunsuz inşa olunan tikililər sökülüb
Hadisə 8 May 09:27Azərbaycan Premyer Liqasında XXXI tur bu gün başlayır
İdman 8 May 09:25Ronaldo 100-cü qolunu vurdu!
İdman 8 May 04:34Mətanət İsgəndərlinin bacısının evi qarət edilib
Hadisə 8 May 01:25ABŞ Kubadakı bu şəxslərə və şirkətlərə SANKSİYA elan etdi!
Dünya 8 May 01:04Rəşad Nəbiyev BMT rəsmisi ilə görüşüb
Sosial 8 May 00:17Baş nazirdən QƏRAR - yeni qaydalar təsdiqləndi
Sosial 8 May 00:05Bu mədəniyyət xadimləri Prezident təqaüdü alacaqlar - SƏRƏNCAM
Mədəniyyət 7 May 23:28Özəl xəbərlər
Digər xəbərlərKörpələr üçün ən faydalı göyərti hansıdır? - ARAŞDIRMA
Sosial 8 May 16:18Meksikada AVM yanğını: 5 ölü, 30 yaralı
Dünya 8 May 15:48
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9950
-0,14%
-
GBP
2,3063
-0,23%
-
RUB
2,2836
+0,52%



