Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubad rayonunun Tivi kənd mərkəzində seçiciləri ilə növbəti görüşünü keçirib.
Görüşdə Xurs, Bist, Nəsirvaz, Nürgüt və Ələhikəndlərindən olan seçicilər də iştirak ediblər.Görüşdə, eyni zamanda,Yeni Azərbaycan Partiyasının Ordubad rayon təşkilatının sədri Ehtibar İsmayılov daiştirak edib.
Deputat görüşdə seçicilərin müraciətlərini, təkliflərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb.
Seçicilər görüşdən məmnunluqlarını ifadə ediblər.
Milli Məclisin deputatıTivi kəndindən olan şəhid Budaqov Rufiz Şirzad oğlunun evində onun ailə üzvləri ilə görüşüb. Həmçinin Tivi kənd Şəhidlər Abidə Kompleksini ziyarət edib.
Bütün xəbərlər Facebook səhifəmizdə