Psixoloqlar müsahibəyə cəlb olunacaq

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində ixtisas üzrə minimum 38 bal, İKT üzrə minimum 6 bal, məntiq üzrə isə minimum 10 bal toplayan namizədlər müsahibəyə cəlb olunacaqlar. Bu barədə SİA-ya İdarədən məlumat verilib.

Müsahibənin vaxtı və məkan haqqında məlumat öncədən SMS vasitəsilə namizədlərə göndəriləcək.

Müsahibəni uğurla keçən namizədlər müsahibə nəticələrinə görə müvafiq vakant yerlərə yerləşdiriləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə